REGİONLAR
Göygöl-Daşkəsən seçki dairəsində seçicilər fəallıq göstərirlər
Göygöl-Daşkəsən, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntəqələrində səhər saatlarından başlayan seçici fəallığı davam edir.
DSK-nın sədri Abbas Zalov AZƏRTAC-a bildirib ki, dairə üzrə 81 məntəqədə 45 min 616 nəfər qeydiyyata alınıb. Seçicilərdən 340 nəfəri bu gün ilk dəfə səs vermək hüququ qazanan şəxslərdir. Səsvermə prosesini izləmək üçün 740 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Dairə və məntəqə üzvləri MSK nümayəndələrinin iştirakı ilə təşkil edilən hüquqi maarifləndirmə seminarlarında müntəzəm olaraq iştirak ediblər. Əhali arasında da bir sıra maarifləndirici tədbirlər keçirilib. Odur ki, əksər səsvermə məntəqələri rayon mərkəzindən xeyli uzaqda yerləşsə də, bütün məntəqələr üzrə seçici fəallığı müşahidə olunur. Həmçinin dairə sədri məntəqələrin rabitə, elektrik enerjisi və səsvermə prosesi üçün zəruri olan avadanlıq və ləvazimatlarla təchiz olunduğunu da qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]