İQTİSADİYYAT


“Göygöl” elektrik şəbəkəsində ötən ay 6,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib

Bakı, 28 oktyabr, AZƏRTAC

“Göygöl” Elektrik Şəbəkəsi Müəssisəsində bu ilin sentyabr ayında 6,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 407 min kilovat-saata yaxın azalıb, ödəniş 9 faizdən çox artıb. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 min kilovat-saat azalaraq 1,8 milyon kilovat-saata yaxın olub.

Ötən 9 ayda isə şəbəkə üzrə istehlak, təxminən, 70,5 milyon kilovat-saat təşkil edib.

Müəssisə üzrə keçirilmiş reydlər zamanı bəzi istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkarlanıb və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub.

Son üç ayda müəssisənin balansında olan elektrik verilişi xətlərində, transformator və komplekt transformator məntəqələrində təmir işləri həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.