REGİONLAR


Göygöl könüllüləri səyyar “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Göygöl, 12 aprel, Rauf Hacıyev, AZƏRTAC

Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqinə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin könüllülərlə işin təşkili üzrə əlaqələndiricisi Vüqar Hüseynovun rəhbərliyi ilə bir qrup könüllü səyyar “ASAN xidmət”in yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb, iş prinsipi ilə yaxından tanış olublar.

Səyyar “ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı bildirib ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda Prezident İlham Əliyevin tapşırığı əsasında vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN xidmət” avtobusları fəaliyyət göstərir. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi vətəndaşların dövlət xidmətlərinə çıxışını daha rahat, yeni və innovativ üsullarla təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır. Bu xidməti rayon sakinləri də yüksək qiymətləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.