REGİONLAR
Göygöl məktəblisi: Qəbələdə gördüklərimiz təəssüratlarımızı ikiqat artırıb
Qəbələ, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası bizə Qəbələnin tarixi abidələri ilə yanaşı, həm də rayonun inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaradıb.
Bu sözləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə təşkil edilən tur-aksiyada iştirak edən Göygöl şəhər 6 nömrəli orta məktəbin IX sinif şagirdi Ceyhun Eyvazov AZƏRTAC-a müsahibəsində deyib.
Qəbələdə “Beltmann” piano fabriki, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, “Qəbələnd” Əyləncə Mərkəzi ilə tanış olan Göygöl məktəblisi rayonda sürətli inkişafın şahidi olduğunu bildirib. “Burada böyük abadlıq-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır. Rayonun gözəl təbiətinə isə heyran olmamaq mümkün deyil. Biz ekskursiya zamanı rayonun qədim mədəniyyət abidələri ilə yanaşı, müasir tikililəri ilə də yaxından tanış olduq. IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında iştirak etmişik. Ümumiyyətlə, iki gün ərzində gördüklərimiz bölgə haqqında təəssüratlarımızı ikiqat artırıb”, - deyə C.Eyvazov vurğulayıb.