CƏMİYYƏT
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb
Bakı, 28 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat verib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 27-də saat 23 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub.
Nəticədə B.İbrahimzadə və avtomobildə olan sərnişinlər - Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]