SİYASƏT


Göygöl rayonunda bir gündə dörd obyektin açılışı olmuşdur

Göygöl, 16 dekabr (AZƏRTAC). Dekabrın 26-sı Göygöl rayonunun gəncləri üçün əlamətdar hadisələrlə yadda qalacaqdır. Həmin gün Göygöldəki Heydər Əliyev parkında dörd yeni obyektin açılışı olmuşdur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin bəhrələrindən danışmış və son illər bu sahədə qazanılan uğurları müstəqil dövlətimizin nailiyyəti kimi dəyərləndirmişdir. Nazir qeyd etmişdir ki, indi Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər məclislərindən gəlir. Bu, onlara göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Hazırda respublikamızın bütün bölgələrində gənclər mərkəzləri inşa edilməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə geniş imkanlar açılır. Bu gün Göygöl rayonunda belə bir möhtəşəm mərkəzin istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir.

Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Milli Məclisin deputatı Rövşən Rzayev və başqaları çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının əhəmiyyətindən, xüsusilə gənclərin intellektual səviyyəsinin inkişafında, onların öz vaxtlarını daha səmərəli keçirmələri üçün yaradılan şəraitdən danışmış, bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Daha sonra rəmzi açılışı bildirən lent kəsilmiş, iştirakçılar gənclər mərkəzində yaradılan şəraitlə tanış olmuşlar. Mərkəzin rəqs qrupunun nümunəvi çıxışından sonra internet-kafeyə, müxtəlif tədbirlər və konsertlər üçün nəzərdə tutulmuş salona, həmçinin kompyuter otağına baxış keçirilmişdir. Ən müasir standartlara cavab verən gənclər mərkəzi iştirakçılarda xoş təəssürat oyatmışdır.

Həmin gün rayonda daha üç obyektin - uşaq əyləncə mərkəzinin, yay kinoteatrının və açıq idman meydançasının açılışı da olmuşdur. Gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları və rayon ictimaiyyətinin nümayəndələri açılış mərasimlərində iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.