CƏMİYYƏT


Göygöl rayonunda mağazadan oğurluq edən şəxslər yaxalanıblar

Bakı, 24 noyabr, AZƏRTAC

Göygöl rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən üç min manat dəyərində tütün məmulatları, spirtli və energetik içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri V.Bağırov, əvvəllər məhkum olunmuş Z.Heydərzadə və O.Süleymanov saxlanılıblar.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.