CƏMİYYƏT


Göygöl rayonunda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 7 sentyabr, AZƏRTAC

Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yolu keçən Üçbulaq kənd sakini Bilal İsgəndərov Gəncə şəhər sakini V.Əliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.