CƏMİYYƏT


Göygöl rayonunda qəhvəyi mərmər bağacığı ilə əlaqədar monitorinqlər aparılıb

Bakı, 17 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Göygöl rayonunun Topalhəsənli, Şəhriyar və Firuzabad kəndlərində monitorinqlər aparılıb.

Monitorinqlər zamanı rast gəlinmiş zərərvericilərdən nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Eyni zamanda yerli əhaliyə zərərvericinin vurduğu ziyanlar haqqında məlumat verilib, həmçinin maarifləndirici buklet və bannerlər paylanıb, müvafiq yerlərə yapışdırılıb.

Xatırladırıq ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaq, müvafiq tədbirlər həyata keçirmək xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin Qərb rayonları üzrə (+994 99) 708 85 88), Şimal qərb rayonları üzrə (+994 99) 308 85 88) “Qaynar xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.