REGİONLAR


Göygöl rayonunda quş əti istehsalı ötən illə müqayisədə 6 dəfədən çox artıb

Göygöl, 27 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Bu gün həm daxili tələbatın ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün əlverişli təbii şəraitin olduğu ölkəmizdə aqrar sektorun bir çox sahələri kimi quşçuluğun da inkişaf etdirilməsi prioritetdir.

Azərbaycan mətbəxində ən çox istifadə edilən ət növlərindən biri olan mal-qara və quş ətinin istehsalının artırılması məqsədilə bu sahənin maddi-texniki bazasının qurulması üçün dövlət tərəfindən daim dəstək göstərilir.

Göygöl Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin səkkiz ayı ərzində rayon üzrə diri çəkidə 3525,3 ton heyvan və quş əti istehsal edilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1056 ton və ya 42,8 faiz artıb.

Xüsusən quş əti istehsalı 1192,2 ton və ya 6,6 dəfə artıb. Quş əti istehsalının artmasına səbəb fermer təsərrüfatlarında yeni texnologiyaların tətbiqi və daha məhsuldar cinslərin yetişdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.