CƏMİYYƏT


Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın baş verib

Bakı, 22 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində 0,5 hektar sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.

Alov söndürülüb və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.