İDMAN


Göygöl şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı davam edir

Bakı, 26 mart, AZƏRTAC

Göygöl şəhərində yeniyetmə cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir.

AZƏRTAC xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışına Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Niderland və Sloveniyadan 100-dən çox yeniyetmə idmançı qatılıb. Hazırlıqda, həmçinin ölkəmizin müxtəlif rayon və şəhərlərindən klub, cəmiyyət və idman təşkilatlarından 200-ə yaxın cüdoçu iştirak edir.

Martın 27-dək davam edəcək təlim-məşq toplanışında əsas məqsəd idmançıların bacarıqlarını təkmilləşdirməklə yanaşı, yaxın gələcəkdə beynəlxalq yarışlarda yüksək nəticə əldə etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.