CƏMİYYƏT


Gənclərin radikal dini cərəyanlardan qorunması yolları müzakirə edilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, Göygöl rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl Mədəniyyət Mərkəzinin və rayon Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər.

Çıxışlarda Azərbaycanda radikal dini cərəyanların yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizmlə mübarizə sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.