CƏMİYYƏT


Göygöldə “Könüldən Zəfərə” adlı payız məktəbi təşkil olunacaq

Bakı, 30 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də ASAN Könüllülərin “Könüldən Zəfərə” adlı payız məktəbinə start veriləcək. Layihə “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Göygöl Rayon İcra Hakimiyyəti, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, gənclər arasında yeni dostluq əlaqələrinin qurulması, onlar arasında şəbəkələşmənin təmin olunması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, nümunəvi vərdişlərin qazanılması və dünyagörüşlərinin artırılmasıdır.

Payız məktəbi oktyabrın 5-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.