REGİONLAR


Göygöldə “Sönməz günəşin hikmət dəryası” adlı tədbir keçirilib

Göygöl, 6 avqust, Elcan Məmmədov, AZƏRTAC

Avqustun 5-də Göygöl rayonunda Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi, Göygöl rayon nümayəndəliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə “Sönməz günəşin hikmət dəryası” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yaşıl Teatrda təşkil olunmuş tədbirdə Nizami Gəncəvinin əsərlərindən və böyük şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgi və məktəblilərin Nizaminin yaradıcılığını əks etdirən rəsmləri nümayiş olunub.

Tədbiri giriş sözü ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Pərviz Hümbətov açıq elan edib.

Sonra Mərkəzi Kitabxananın əməkdaşları Cəmilə Əliyeva və Ülviyyə Mustafayeva şairin yaradıcılığı haqqında məruzə ilə çıxış ediblər. Bədii hissədə Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhsəti Məmmədzadənin və Mədəniyyət Evinin əməkdaşı Elmin Məmmədovun “Xosrov və Şirin” poemasından hazırladıqları kompozisiya dinləyicilərə təqdim olunub. Elmin Məmmədovun ifa etdiyi Nizaminin sözlərinə Üzeyir Hacıbəylinin bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romansları, şəhər Mədəniyyət Evinin nəzdində yeni fəaliyyətə başlamış rəqs dərnəyinin müəllimi Hüseyn Novruzov və şagirdlərinin rəqsi tədbir iştirakçılarına xoş anlar yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.