Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Göygöldə Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb

Göygöldə Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb

Bakı, 20 aprel, AZƏRTAC

Göygöldə Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın daşınmaz əmlak sektorunda artıq bir neçə ildir ki, həyata keçirilən mühüm layihə işə düşüb. Respublikada həyata keçirilən Torpaqların Elektron Kadastr işlərinin praktiki tətbiqinə başlanıb. Artıq kadastr işləri yekunlaşmış, Salyan, Beyləqan rayonlarında görülən işlərin nəticələri xidməti istifadə üçün İcra Hakimiyyətinə elektron şəkildə təhvil verilib. Bu bölgələrin sırasına daha bir rayon - Göygöl də daxil olub. Bununla əlaqədar aprelin 20-də "Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili" ilə bağlı ictimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

Azərbaycanda Torpaqların Elektron Kadastr Sisteminin və rəqəmsal xəritələrin yaradılmasına Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" 2016-cı il 7 mart tarixli Fərmanı ilə start verilib. Bu işlərin həyata keçirilməsində beynəlxalq təcrübə öyrənilib və işlərin icrası üçün xarici şirkət cəlb olunub.

Tədbirin keçirilməsində başlıca məqsəd Göygöl rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Göygöl rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair "Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili" mövzusunda təqdimat edilib. Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Bildirilib ki, torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Göygöl rayonunun bələdiyyə hüdudları daxilində 57439 hektar torpaq sahəsinin mövcudluğu müəyyənləşdirilib. Bunun 13667 hektarı (24 faiz) dövlət, 29381 hektarı (51 faiz) bələdiyyə, 14390 hektarı (25 faiz) isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 42 min hektara yaxını (72,8 faiz) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 12590 hektarını əkin sahələri təşkil edir. Həmçinin bəlli olub ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 86 faizini təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir.

Qeyd edilib ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçotu aparılıb.

Torpaq və geobotaniki tədqiqatların nəticəsi olaraq, Göygöl rayonunun torpaq xəritəsi, rayonun yay otlaqlarının geobotaniki xəritəsi, rayonun torpaqlarının eroziya xəritəsi tərtib edilib, rayonun kənd təsərrüfatı yerləri üzrə torpaqların keyfiyyət qruplarına görə bölgüsü aparılıb. Layihə çərçivəsində həmçinin torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılmasına dair təkliflər də verilib.

Uçot işi nəticəsində hazırlanmış Göygöl rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Reallığı əks etdirən bələdiyyə xəritələrinin mövcudluğu bələdiyyələr tərəfindən torpaq vergisinin toplanması işini sistemli şəkildə, qanunla müəyyən edilmiş çərçivələrdə aparmağa imkanlar yaradacaq. Bununla da torpaq idarəçiliyində əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artırılacaq.

Rayonun torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının hazırlanması isə ərazilərin kənd təsərrüfatı məqsədilə daha səmərəli istifadəsinə imkanlar yaradır. Torpaqların keyfiyyətinin müəyyən edilməsi bu ərazilərdə hansı aqrokimyəvi və meliorativ tədbirlərin aparılması ilə bağlı düzgün qərar verməyə imkan yaradır. Başqa sözlə, uçot işləri, azyararlı torpaqların istifadə olunmasına və rayonun aqrar potensialının artırılmasına kömək edir.

Eyni zamanda, rayonun tərtib edilmiş xəritələrində hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri müəyyən edilib ki, bu da istifadədəki uyğunsuzluqları aradan qaldırır, rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.

Kadastr uçot işlərinin yekunlaşması ilə rayonun əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarmaqla rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaradacaq. Bununla da torpaq fondu elmi əsaslarla istifadə və idarə olunur, münbitlik qatın korlanması amilləri aradan qaldırılır, torpaqların kateqoriyalarına uyğun iqtisadi sahələrə cəlb edilməsində effektivlik təşkil edilir.

Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcək.

Təqdimatın sonunda forum iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib