REGİONLAR


Göygöldə bu ilin məhsulu üçün 8300 hektara yaxın dənli və dənli paxlalıların səpini aparılıb

Göygöl, 17 may, Rauf Hacıyev, AZƏRTAC

Bu ilin may ayının əvvəlinə Göygöl rayonunda 1309 hektar sahədə yazlıq əkin aparılıb.

Göygöl Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun tarlalarında hələ ötən ilin payızında 2019-cu ilin məhsulu üçün 8228,8 hektar, bu ilin 4 ayında isə 25 hektar dənli və dənli paxlalıların səpini aparılıb.

Həmçinin bu vaxta qədər sahələrə 522 hektar kartof, 205 hektar tərəvəz, 3 hektar dən üçün qarğıdalı, 35 hektar yazlıq yonca, 189 hektar dən üçün günəbaxan, 330 hektar şəkər çuğunduru əkilib.

İndiyə qədər rayon üzrə payızlıq və yazlıq əkinlərin ümumi sahəsi 9537,8 hektar təşkil edib.

Hazırda sahələrdə yazlıq əkini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.