REGİONLAR
Göygöldə dənli və dənli paxlalıların əkini ötən ilə müqayisədə 665,9 hektar çox olub
Göygöl, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC
Göygöl rayonunun tarlalarında ötən ilin payızında və bu ilin yazında cari ilin məhsulu üçün 7 min 696,2 hektar dənli və dənli paxlalı bitkilər əkilib.
Göygöl Rayon Statistika İdarəsinin rəisi Elşən Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalıların əkin sahəsi 665,9 hektar və ya 9,5 faiz çox olub.
Bunun da 5 min 581,6 hektarı buğda, 2 min 83,6 hektarı arpa, 31 hektarı qarğıdalıdır.
Cari mövsümdə rayon üzrə 3 min 574,9 hektar sahədə biçin aparılıb ki, bunun da 1669,8 hektarı buğda, 1905,1 hektarı isə arpa sahəsidir. Biçilmiş sahələrdən cəmi 9 min 703,7 ton taxıl tədarük olunub ki, onun da 4 min 967,2 tonu buğda, 4736,5 tonu isə arpadır. Bu vaxtadək biçin işlərinin 47 faizi başa çatdırılıb. Hazırda biçin işləri davam etdirilir.