CƏMİYYƏT


Göygöldə gənclər təşkilatları üçün “yay təcrübə məktəbi” düşərgəsinə başlanılıb

Bakı, 18 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün 6 günlük yay təcrübə məktəbinə start verilib.

AZƏRTAC xəbər verir ki, 100 nəfər gəncin iştirak etdiyi düşərgənin əsas məqsədi gənclər təşkilatlarının rəhbər və fəal nümayəndələrini bir araya gətirməklə, gənclər təşkilatları və dövlət qurumlarının nümayəndələri ilə birlikdə gənclərlə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin təhsil/qeyri-formal təhsil, karyera və məşğulluq, özünü inkişaf, liderlik mövzularında görüş və təlimlərin keçirilməsidir. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin fəal üzvlərinin şəbəkələşməsinin təmin edilməsi, aktual və zəruri istiqamətlərdə bilik və bacarıqlarının artırılması, o cümlədən gənclərlə iş sahəsində təcrübə mübadilələrinin və yeni təkliflərin verilməsi də əsas məqsədlər sırasına daxildir.

Qeyd edək ki, proqram çərçivəsində ilk gün NAYORA-nın sədri Azər Əliyevin çıxışı ilə başlayıb, daha sonra şuranın üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənovanın moderatorluğu ilə iştirakçıların şəbəkələşməsi məqsədilə komanda oyunları keçirilib.

Günün ikinci yarısı gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq, gənclərlə iş nədir və necə qurulmalıdır, gənclər siyasəti nədir, gənc işçilər nələri bilməlidir kimi mövzular ətrafında Fəxri Məhəmmədzadənin təqdimatında “Case-Study” baş tutub.

Günün sonuna doğru isə gənclər təşkilatlarının sərgisi və infosessiya baş tutub. Bunun sayəsində təşkilat nümayəndələri təmsil etdikləri qurumu digər təşkilatlara ətraflı tanıtmaq şansı əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.