REGİONLAR
Göygöldə şəhid anaları ziyarət olunub





Göygöl, 7 mart, Elcan Məmmədov, AZƏRTAC
Göygöl rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Araz Abbasov şəhid analarını bayram münasibətilə təbrik ediblər. Şəhid analarına gül dəstələri, açıqcalar və qiymətli hədiyyələr verilib.
Bildirilib ki, Azərbaycan qadını ölkəmizin gələcək inkişafı, gənc nəslin milli-məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirir. Bunun bariz nümunəsidir ki, şəhid analarının böyütdüyü Azərbaycan oğulları Vətən müharibəsi döyüşlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə layiqli müqavimət göstərdi, torpaqlarımızı düşmən tapdağı altından xilas etdi.
Şəhid anaları isə öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.