Göygöldə sel daşqınları nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb
AzerTAg.az

Bakı, 25 may, AZƏRTAC
İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verir.
Onun sözlərinə görə, dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirmiş, nəqliyyatın hərəkəti bərpa edilmişdir. İlkin məlumata görə hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib.
Hazırda polis əməkdaşları hadisə yerindədir araşdırmalar davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var