CƏMİYYƏT


Göygöldə silsilə oğurluqlar edən şəxs saxlanılıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Göygöl rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl rayonu ərazisində iki evdən, bir mağazadan, bir kafedən və bir çay evindən pul, tütün məmulatı, danışıq kartları, məişət əşyaları və ərzaq məhsulları oğurlamaqda, həmçinin marketlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakini E.İsazadə Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.