REGİONLAR


Göygölün Toğanalı kəndinə təbii qaz verilib

Bakı, 17 noyabr, AZƏRTAC

Göygölün Toğanalı kəndinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik respublikanın yaşayış məntəqələrində istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində 2020-ci ildə də genişmiqyaslı işləri davam etdirir. Bu gün rəngarəng təbiəti ilə seçilən, yerli və xarici turistlərin tez-tez üz tutduqları Göygöl rayonunun mürəkkəb relyefə malik olan Toğanalı kəndinə təbii qaz verilişi təmin olunub. Toğanalı kəndində 367 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 kilometrədək müxtəlif diametrli polad borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.