CƏMİYYƏT


Göz almasını yerində saxlamaq üçün aparılan cərrahi əməliyyatlar uğurla nəticələnib

Bakı, 28 mart, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına terminal ağrılı qlaukoma ilə bağlı müraciət edən iki xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb. Cərrahi müdaxilə klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun rəhbərliyi ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, Q.İsmayılovun bildirdiyinə görə, belə xəstələrdə əsasən göz alması xaric edilir, yəni enkulyasiya olunur: “Lakin son dövrlər müasir əməliyyat üsulları - Əhməd valf, Ekspress tub və s. üsullarla göz almasını yerində saxlamaq mümkündür. Biz də belə bir əməliyyatın klinikamızda aparılmasına qərar verdik. Klinikaya müraciət edən 1950-ci il təvəllüdlü Şirəli Vəliyevin sol gözü, 1954-cü il təvəllüdlü Həcər İsmayılovanın sağ gözündə “Diod xarer” cərrahiyyə əməliyyatı apardıq və hər iki xəstədə göz almasını yerində saxlamağa nail olduq”.

Şöbə müdirinin sözlərinə görə, bu əməliyyat klinikada ilk dəfədir icra olunur və hazırda xəstələr özlərini yaxşı hiss edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.