CƏMİYYƏT
Göz cərrahiyyəsində yeni üsul təqdim olunub VİDEO





Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da “Refraktiv cərrahiyyədə qərar vermə və Femtosaniyə lazerin tətbiqi” mövzusunda simpozium keçirilib. Tədbir Caspian International Hospitalın təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, oftalmologiyada müasir texnologiyalardan bəhs edilən tədbirdə Azərbaycan üçün göz cərrahiyyəsində ən yeni üsul olan, eksimer-lazer əməliyyatlarında istifadə ediləcək İLASİK və İFS cihazları təqdim olunub. Bu, yeni üsul vasitəsilə 30 saniyəyə bıçaqsız, qansız və ağrısız eynək və linzalardan birdəfəlik azad olmaq mümkündür. Yeni üsul miopiya, hipermetropiya, astiqmatizm kimi qırma qüsurlarının tamamilə aradan qaldırılmasında ən yeni vasitədir. Bildirilib ki, oftalmologiyada ən son yenilik olan bu cihazlarda Nasa teleskopunda istifadə edilən üsullar tətbiq olunur. Cihazlar vasitəsilə gözün buynuz qişa deyilən təbəqəsi çəkilir. Bir xəritə şəklində əldə olunan çəkiliş əsasında isə əməliyyat icra edilir.
Tədbirdə Dəməşq Universitetinin professoru, həkim-oftalmoloq Mazen Sincabın “Refraktiv cərrahiyyədə tez və asan qərar vermə üsulları” və “Corneal Krosslinkinqin praktiki nəzəriyyəsi, Türkiyənin “Bir inci” göz klinikasının baş həkimi, həkim-oftalmoloq Dr. Faiq Orucoğlunun isə “Femtosaniyə lazerin tətbiqi” və “İLASİK tətbiqi. Problemlərdən çıxma yolları” mövzularında məruzələri dinlənilib.
Mövzular ətrafında müzakirələr aparılıb.