CƏMİYYƏT


Göz travmaları

Bakı, 20 iyul, AZƏRTAC 

Göz travmalarına məişət, avtomobil, istehsalat qəzaları, silah yaralanmaları və digər hallarda rast gəlinir və təcili müdaxilə tələb edir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görmə orqanının travmaları gözün kimyəvi, termiki və şüa zədələnmələri, gözün yardımçı aparatının, qapalı göz və açıq göz travmaları kimi təsnifatlandırılır.

Görmə orqanının travmaları zamanı biomikroskopiya, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya, rentgen, ultrasəs müayinələri həyata keçirilir.

Gözün kimyəvi yanıqları zamanı mümkün qədər tez zamanda göz fizioloji məhlulla yaxud təmiz su ilə yuyulmalıdır. Daha sonra lakmus kağızı ilə konyunktiva kisəsində pH-ın neytrallaşması yoxlanılmalı və yuyulma pH neytrallaşana qədər aparılmalıdır.

Termiki yanıqlar zamanı ilk yardım kimi toxumaların soyuması üçün yuyulması – su və ya fizioloji məhlulla irriqasiyası məsləhət görülür.

Gözün açıq yaralanmaları görmənin itirilməsi və daha ağır fəsadlara yol aça bilər. Bu səbəbdən belə hallarda ilk 24 saat ərzində göz həkiminə müraciət etmək sonrakı ağır nəticələrin qarşısının alınması üçün çox önəmlidir.

Göz almasının zədələnmələri zamanı hər bir halda xəstə təcili olaraq oftalmoloqa müraciət etməli və xəstəyə ilkin tibbi yardım göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.