ELM VƏ TƏHSİL


Gözlərin diaqnostikası üçün neyroşəbəkə hazırlanıb

Bakı, 17 aprel, AZƏRTAC 

Gözlərin avtonom diaqnostikası üçün neyroşəbəkəyə əsaslanan “IDx-DR” qurğusu hazırlanıb. ABŞ-ın qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi qurğudan istifadəyə icazə verib.

AZƏRTAC robo-hunter.com saytına istinadla xəbər verir ki, qurğunun iş prinsipi sadədir. Tibb işçisi pasiyentin gözünün torlu qişasının xüsusi kameranın köməyi ilə çəkilmiş şəkillərini yüklədikdən sonra süni intellekt nəticə almaq üçün fotonun kifayət qədər keyfiyyətli olub-olmadığını müəyyən edir. Təsvir təhlil edilərək pasiyentdə diabetik retinopatiyanın olub-olmadığını aşkarlayır. Bu xəstəlik diabetin korluğa səbəb ola biləcək ağırlaşmasıdır. Diabetik retinopatiya qanda şəkərin səviyyəsinin yüksəlməsinə görə gözün torlu qişasının damarları zədələndikdə meydana çıxır.

Kliniki sınaqlar göstərib ki, “IDx-DR” sistemi 900-dən çox təsviri analiz edərək retinopatiyanı 87 faiz, bu xəstəliyin olmadığı şəxsləri isə 90 faiz dəqiqliklə müəyyən edə bilib.

“Proqram təminatının unikallığı avtonom işləməsindədir. Bu texnologiyadan tibb bacısı və ya göz xəstəlikləri üzrə mütəxəssis olmayan həkim də istifadə edə bilər ki, bu da diaqnozun qoyulmasını sadələşdirir. Beləliklə, pasiyentlər oftalmoloqun onları müayinə edərək diaqnoz qoymasını gözləməli olmayacaqlar”, – deyə ideya müəllifi Maykl Abramov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.