MƏDƏNİYYƏT


“Grammy” musiqi mükafatının qalibləri elan olunub

“Grammy” musiqi mükafatının qalibləri elan olunub

Bakı, 6 fevral, AZƏRTAC

Los-Ancelesdə 65-ci “Grammy” musiqi mükafatının təntənəli təqdimolunma mərasimi keçirilib. Mərasimin yekunlarına əsasən, Beyonse karyerası ərzində rekord sayda mükafat qazanıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, müğənninin “Renaissance” albomu ilin elektron və rəqs valları arasında ən yaxşısı olub. Bu, Beyonsenin qazandığı 32-ci heykəlcikdir. Bundan əvvəlki rekord – 31-ci “Grammy”yə layiq görülən dirijor Georq Şoltiyə məxsus idi.

Qeyd edək ki, Beyonse 9 nominasiyaya təqdim olunsa da, birində qalib olub.

Lizzo və onun “About Damn Time” kompozisiyası ən yaxşı səs yazısı üzrə “Grammy” mükafatını qazanıb. Müğənni Bonni Raytın “Just Like That” kompozisiyası ilin ən yaxşı mahnısı adına layiq görülüb. Samara Coy ən yaxşı gənc artist nominasiyasında, Harri Staylz “Harry’s House” valına görə ilin ən yaxşı albomu nominasiyasında “Grammy” qazanıb. Teylor Sviftin “All Too Well” (10 Minute Version) videoçarxı da “Grammy” mükafatçıları sırasında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.