REGİONLAR


“Grand-Agro” MMC ilə ADAU arasında memorandum imzalanıb

Gəncə, 17 mart, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Grand-Agro” Məhdud Məsuliyyətli Cəmiyyət arasında görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsində kadr hazırlığı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Yerli və xarici şirkətlərlə universitetin sıx əməkdaşlığını diqqətə çatdıran Z.Qurbanov bildirib ki, məzunların müasir kənd təsərrüfatı mütəxəssisi tələblərinə cavab verməsi və işlə təmin olunması əsas məsələlərdəndir. Buna görə də Azərbaycan Dövlət Aqrar Universiteti aqraryönümlü müəssisələrlə əməkdaşlığa xüsusi önəm verir.

“Grand-Agro” MMC-nin icraçı direktoru Tofik Həmidov birgə əməkdaşlıqdan məmnunluq duyduğunu diqqətə çatdıraraq, birgə həyata keçirilə biləcək layihələrdən söz açıb.

Görüşdə təlim və seminarların keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və tələbələr və məzunların şirkətin kadr bankına daxil edilməsi məsələləri də müzakirə olunub.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Grand-Agro” MMC arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.