İDMAN


“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov altıncı pillədədir

Bakı, 9 noyabr, AZƏRTAC

Noyabrın 9-da Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışının 9 turu keçirilib.

AZƏRTAC xəbər verir ki, 9 turun yekununa görə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun aktivində 1 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət var. Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində artıq rapid yarışı başa çatıb. Ş.Məmmədyarov rapid və blits turnirlərinin yekununa görə 13,5 xalla 6-cı pillədədir. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.

Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Qeyd edək ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil edilib, növbəti mərhələ Kəlkətə şəhərində keçiriləcək. Noyabrın 30-dan dekabrın 10-dək Londonda isə final seriyanın matçları təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.