İDMAN


“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov üç turda mübarizə aparacaq

Bakı, 7 noyabr, AZƏRTAC

Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turniri davam edir.

AZƏRTAC xəbər verir ki, şahmatçımız bu gün rapid yarışlarının daha üç turunda mübarizə aparacaq. Ş.Məmmədyarov dördüncü turda amerikalı Uesli So, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyan ilə mübarizə aparacaq. İdmançımız ilk üç turda vyetnamlı Le Kyanq Liem, rusiyalı Vladislav Artemiyev və hindistanlı Vişvanatan Anand ilə qarşılaşmaları heç-heçə başa vurub.

Qeyd edək ki, noyabrın 8-dək davam edəcək rapid yarışından sonra, ayın 9-10-da blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, “Grand Chess Tour 2019”un bundan əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə təşkil edilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində baş tutacaq. Final seriya isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.