İDMAN


“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov liderlər qrupunda mübarizə aparır

Bakı, 9 iyun, AZƏRTAC

“Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin beşinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupuleskunu məğlub edərək ilk qələbəsini qazanıb. Teymur Rəcəbov isə Aleksandr Qrişuk (Rusiya) ilə heç-heçə edib.

Turun digər oyunlarında ABŞ təmsilçisi Fabiano Karuana niderlandlı Aniş Giri, onun həmyerlisi Uesli So Rumıniyanın digər şahmatçısı Boqdan-Daniel Dyak, fransalı Maksim Vaşye-Laqrav erməni Levon Aronyan ilə heç-heçə ediblər.

Qeyd edək ki, Ş.Məmmədyarov 3 xalla turnir cədvəlində U.So və A.Qrişuk ilə birgə ilk üç yeri bölüşür. Ondan yarım xal geri qalan T.Rəcəbov isə 6-cı sıradadır.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.