İDMAN


“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov turnir cədvəlində liderliyini davam etdirir

Bakı, 13 iyun, AZƏRTAC

Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Ş. Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupulesku, Teymur Rəcəbov isə niderlandlı Aniş Giri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində liderliyini davam etdirir. Rusiyalı Aleksandr Qrişuk və ABŞ təmsilçisi Uesli So 4 xalla sonrakı pillələrdə qərarlaşıblar. T.Rəcəbov isə 3,5 xalla 4-7-ci yerləri bölüşür.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.