İDMAN


“Grand Chess Tour”: Teymur Rəcəbov növbəti turu qələbə ilə başa vurub

Bakı, 18 iyun, AZƏRTAC

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin ilk 3 turu keçirilib.

AZƏRTAC xəbər verir ki, şahmatçımız ilk qarşılaşmada Levon Aronyanla (Ermənistan) heç-heçə edib. Sonrakı görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzan T.Rəcəbov iranlı Alireza Firuzcaya qarşı keçirdiyi günün son qarşılaşmasını qələbə ilə başa vurub.

Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.

“Grand Chess Tour”da şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Etien Bakrot (Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik və Peter Svidler (hər üçü Rusiya) iştirak edirlər.)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.