İDMAN
“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov tay-brekdə mübarizə aparacaq
Bakı, 17 iyul, AZƏRTAC
Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir finalda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyulun 17-də tay-brekdə mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz polşalı Kriştof Duda ilə klassik şahmatda hər iki partiyanı heç-heçə başa vurduğu üçün rəqibi ilə tay-brekdə yenidən üz-üzə gələcək.
Dörddəbir final çərçivəsində ilk partiyada Veselin Topalova (Bolqarıstan) qalib gələn Maksim Vaşe-Laqrav (Fransa) cavab oyununda rəqibi ilə xalları yarı böldüyündən yarımfinala vəsiqə qazanıb. Digər şahmatçılardan Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) Yu Yanqi (Çin) ilə tay-brekdə güclərini sınayacaqlar.
Qeyd edək ki, Qran-Prinin nəticələrinə görə ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]