İDMAN


“Grand Prix 2019”: Şəhriyar Məmmədyarovun Daniel Dubova qalib gəlmək üçün daha bir şansı var

Bakı, 13 iyul, AZƏRTAC 

Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində səkkizdəbir final mərhələsinin ikinci oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubova qalib gəlmək üçün daha bir şansı var. İyulun 13-də təmsilçimiz rəqibinə qarşı növbəti oyununu keçirəcək. İyulun 12-də keçirilmiş ilk qarşılaşmada Ş.Məmmədyarov D.Dubovla heç-heçə edib. Bu dəfə də heç-heçə olacağı təqdirdə şahmatçılar tay-brekdə qüvvələrini sınayacaqlar.

Qran-Pri pley-off sistemi üzrə keçirilir. Yekuna görə ən yüksək nəticə göstərmiş iki şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.