İDMAN


“Grand Swiss-2021” turnirində şahmatçılarımız heç-heçə ediblər

Bakı, 31 oktyabr, AZƏRTAC

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin dördüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə şahmatçılarımız Rauf Məmmədov Fide təmsilçisi Vladislav Kovalyov, Nicat Abasov avstraliyalı Temur Kuybokarov, Vasif Durarbəyli özbəkistanlı Cavoxir Sindarov, Aydın Süleymanlı serbiyalı Luka Budisavljevic ilə heç-heçə ediblər.

Qeyd edək ki, 4 turun nəticəsinə görə R.Məmmədov, N.Abasov 2, V.Durarbəyli 1,5 xal toplayıb. A.Süleymanlının aktivində isə 0,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.