SİYASƏT
“Guardian” qəzeti Ermənistan helikopterinin vurulmasından yazır
London, 13 noyabr, AZƏRTAC.
Böyük Britaniyanın “Guardian” qəzetində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində təxribat xarakterli uçuşlar həyata keçirən Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin məhv edilməsi ilə bağlı yazı dərc edilib.
Yazıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasına yer verilib.
Bildirilir ki, hadisə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verib. Münaqişə nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal edilib, 30 mindən artıq insan qətlə yetirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London