REGİONLAR


Gübrə təchizatçılarının və gübrə təchizatçısı olmaq istəyənlərin nəzərinə!

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 27-də Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) gübrə təchizatçıları və gübrə təchizatı ilə məşğul olmaq istəyənlərlə görüş keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların gübrə satışına tətbiqi, təchizatçıların AKİA ilə tərəfdaşlığının qurulması və tənzimlənməsi, fermerlərin daha çox ehtiyac duyduqları gübrələrlə təchizat və digər məsələlər müzakirə ediləcək.

Görüşdə iştirak etmək istəyən şəxslər 22 avqust saat 18:00-dək qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat üçün telefon nömrəsi: 050-764-49-05 (əlaqələndirici şəxs Orxan Nağızadə).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.