DÜNYA


Güclü “Nepartak” tropik qasırğası sabah səhər Yaponiya sahillərinə çatacaq

Tokio, 27 iyul, AZƏRTAC

Sakit okeanda yaranaraq Yaponiya istiqamətində hərəkət edən güclü “Nepartak” tropik qasırğası iyulun 28-də səhər saatlarında Hönşü adasının şimal-şərq hissəsinə çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Proqnozlara əsasən, ölkənin şimal-şərq rayonlarına 200 millimetr, paytaxt regionuna isə 100 millimetr yağıntı düşəcəyi gözlənilir. Tropik qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20 metrə, şiddətlə əsdikdə isə 30 metrə çatır. Hönşü adasına çatdıqdan sonra onun sürətinin saniyədə 35 metr olacağı proqnozlaşdırılır.

Hazırda qasırğanın Tokionun qonşuluğunda yerləşən Çiba prefekturasından 230 kilometr cənub-şərqdə olduğu və şimal-şərq istiqamətində hərəkət etdiyi bildirilir. Qasırğanın hərəkət istiqamətində yerləşən Fukuşima, Miyaqi və İvate prefekturalarının sakinlərinə daşqınlar və torpaq sürüşmələri barədə xəbərdarlıq olunub.

Olimpiya Oyunlarının təşkilat komitəsi bu ərəfədə qasırğaya görə bəzi yarışların tarixinin dəyişdirildiyini elan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.