MƏDƏNİYYƏT


“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqəsi keçirilir

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması və dəstəklənməsi məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunan "Güclü dövlətin güclü ordusu olmalıdır" adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqə keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rəsm işlərinin mövzuları vətənpərvərlik və ordu quruculuğunda varislik ənənəsi, dövlətçiliyin əsas atributu olan Azərbaycan Ordusunun güc və qüdrətinin tərənnümü və s. olacaqdır.

Qalibləri və fərqlənən iştirakçıları müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılır. Hər yer üçün 4 nəfər olmaqla müsabiqə qaliblərinə - Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən müvafiq dərəcəli diplomlar və hədiyyələr təqdim ediləcək.

Azərbaycan Ordusu hərbi qulluqçularının və mülki işçilərinin övladlarının da müsabiqədə iştirak etmələri üçün müraciət etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.