DÜNYA


Güclü fırtına ABŞ-ın qərb sahillərinə çatıb

Vaşinqton, 7 yanvar, AZƏRTAC

Özü ilə sərt külək, şiddətli yağış və qar gətirən güclü Sakit okean fırtınası ABŞ-ın qərb sahillərinə çatıb.

AZƏRTAC xəbər verir ki, meteoroloqların məlumatına görə, Los-Anceles dairəsinin bəzi yerlərində gözlənilməz daşqınlar, həmçinin Malibu rayonunda sürüşmələr baş verib. 30 dəqiqə ərzində yağıntının miqdarı 23 santimetr olub.

Saatda 113 kilometr sürətlə əsən şiddətli küləklər qərb sahillərində, həmçinin elektrikötürmə xətlərinin və ağacların qırılmasına və Kaliforniya ştatından Vaşinqton ştatınadək elektrik enerjisinin kəsilməsinə səbəb olub. San-Fransisko beynəlxalq aeroportunda küləyin sürəti saatda 85 kilometr, San-Rafaeldən şimala – Biq Rok Ricdə saatda 113 kilometrə çatıb.

Hava şəraitinin pisləşməsi, əsasən də böyük miqdarda yağıntının düşməsi əksər hallarda Kaliforniyada sürüşmələrə gətirib çıxarır ki, bu da ştatın hakimiyyət orqanlarının əndişələndiyi hallardan biridir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.