DÜNYA


Güclü külək Gürcüstanda fəsadlar törədib

Tbilisi, 17 fevral, AZƏRTAC

Fevralın 16-da axşamdan başlayan güclü külək, çovğun və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib. Güclü külək nəticəsində Tbilisinin bəzi rayonlarında ağaclar aşıb, elektrik xətləri qırılıb. Ən çox ziyan ölkənin bölgələrində qeydə alınıb.

Çovğun və qasırğa səbəbindən Gürcüstanın beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb. Məlumatda bildirilib ki, ölkədə əz uzun kanat yolunun olduğu Qudauri istirahət mərkəzi də əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanıb. Ölkənin qərb hissəsində beynəlxalq əhəmiyyətli avtomagistralın bir neçə hissəsində avtomobillərin hərəkəti tam qadağan edilib, bəzi hissələrdə isə məhdudiyyətlər tətbiq olunub.

Sinoptiklərin proqnozuna görə, əlverişsiz hava şəraiti fevralın 20-dək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.