CƏMİYYƏT


Güclü külək əsəcək, sulu qar, qar yağacaq

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycanda yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 18-23 metr olacağı, arabir 28-33 metrədək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək şiddətlənəcəyi ehtimalı var. Temperaturun anomal gedişi proqnozlaşdırılır. Havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4°-yə yaxın isti, axşama doğru isə 2°-dək isti, Bakıda gecə 4-6°, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Duman olacaq. Qərb küləyi əsəcək, sürətinin saniyədə 7-12 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi, Kür çökəkliyi rayonlarında arabir saniyədə 33-38 metrədək şiddətlənəcəyi bildirilir. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Sinoptiklərin ölkə ərazisində gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlığı öz qüvvəsindədir.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 4-7°, gündüz 0-3° şaxta olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı proqnozlaşdırılır. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir. Qərb küləyi əsəcək, arabir güclənəcək, Kür çökəkliyi rayonlarında arabir şiddətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 3-6° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.