DÜNYA


Güclü külək səbəbindən Bolqarıstan ərazisində “sarı” təhlükə səviyyəsi elan edilib

Güclü külək səbəbindən Bolqarıstan ərazisində “sarı” təhlükə səviyyəsi elan edilib

Sofiya, 9 fevral, AZƏRTAC

Bolqarıstanın 26 rayonunda güclü külək səbəbindən “sarı” təhlükə səviyyəsi elan edilib.

AZƏRTAC ölkənin Hidrologiya və Meteorologiya İnstitutunun məlumatına istinadla xəbər verir ki, Montana, Vratsa, Sofiya şəhəri, Sofiya bölgəsi, Pernik, Kyustendil, Blaqoevqrad, Pazardjik, Smolyan, Kırdjali, Plovdiv, Loveç, Qabrovo, Veliko Tırnovo, Stara Zaqora, Xaskovo, Yambol, Sliven, Burqas, Varna, Dobriç, Şumen, Silistra, Ruse, Razqrad və Tırqovişte rayonlarında cənub-qərb küləyi saniyədə 20-30 metr sürəti ilə əsəcək.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.