DÜNYA


Güclü leysan yağışları Batumidə ciddi fəsadlar törədib

Tbilisi, 27 iyul, AZƏRTAC

Aramsız və güclü leysan yağışları Gürcüstanın qərb bölgəsində ciddi fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, Acarıstan Muxtar Respublikasının Batumi şəhərində ən azı 10 küçə və prospekt sel suları altında qalıb.

Şəhərin bəzi küçələrində piyada getmək mümkün deyil. Küçələrdə avtomobillərin hərəkəti də iflic olub.

Bəzi binaların birinci mərtəbələri, zirzəmilər, eləcə də ictimai iaşə obyektləri su ilə dolub. Şəhərin infrastrukturuna ciddi ziyan dəyib. Şəhərdə içməli su problemi yaranıb.

Güclü leysan yağışları və dolu Gürcüstanın digər bölgələrinə də ciddi ziyan vurub.

Ən çox zərər kənd təsərrüfatında qeydə alınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.