DÜNYA


Güclü sel Türkiyənin şərq bölgəsində ağır fəsadlar yaradıb

Ankara, 4 iyul, AZƏRTAC

Türkiyənin şərq bölgəsində əvvəlcədən proqnozlaşdırılan güclü yağış sel və daşqınlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, Qars vilayətinin Akyaka rayonunda yerləşən Karahan kəndinin əsas hissəsi su altında qalıb. Muşun Malazgirt rayonun Bostankaya kəndində isə 50-dən artıq iribuynuzlu heyvanı sel aparıb. Rayonun 15-dən artıq kəndində əkin sahələrini lil basıb. Erzincan vilayətinin Üzümlü rayonundakı Qurd dərəsi seldən daşaraq ətrafı dağıdıb. Yüksək gərginlikli elektrik xətlərinin dəmir dirəkləri yıxılıb.

Metroloqlar bəzi bölgələrdə bu günlərdə əlverişsiz hava şəraitinin davam edəcəyini, sel və daşqınların yaranacağını bildiriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.