DÜNYA


Güclü tropik qasırğa Yaponiyanın qərb rayonlarına yaxınlaşır

Tokio, 29 iyul, AZƏRTAC

Yaponiyada 12 nömrə adını alan Condari tufanı gücünü itirərək tropik qasırğaya çevrilib və hazırda Yaponiyanın mərkəzi hissəsindəki Mie prefekturasındadır.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, tufan nəticəsində 8 prefekturada 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, tropik qasırğa cari ayın əvvəllərində aramsız yağışlardan zərər çəkən qərb rayonlarına doğru hərəkət edir. Yerli hakimiyyət orqanları sakinləri torpaq sürüşmələrindən və daşqınlardan qorunmağa çağırıb. Həmin rayonlarda leysan yağışlar barədə xəbərdarlıq da yayılıb.

Tropik qasırğa Yaponiyanın əsas adasının böyük bir hissəsinə güclü yağışlar gətirib. Yaponiyanın qərbinə bir saatda 120 millimetr yağıntı düşüb ki, bu da rekord sayılır.

Meteoroloqların bildirdiyinə görə, tropik qasırğa fərqli xətt üzrə hərəkət edərək gözlənilməyən rayonlarda leysan yağışlara və güclü küləyə səbəb ola bilər.

Bununla yanaşı, güclü tropik qasırğanın Şizuoka, Ayçi, Qifu və Mie prefekturalarında 150 min evi elektrik enerjisiz qoyduğu da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.