DÜNYA


Güclü yağış Ankarada fəsadlar yaradıb

Ankara, 10 iyun, AZƏRTAC

Türkiyənin paytaxtı Ankarada başlanan güclü yağış şəhərin bir sıra yerlərində ciddi fəsadlar yaradıb.

AZƏRTAC xəbər verir ki, güclü yağışın qısa müddətli olmasına baxmayaraq əsasən çökək ərazilərdə yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Güclü sel və daşqın onlarla minik avtomobilinin yolda qalmasına səbəb olub. Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi yolların lildən təmizlənməsi üçün təcili tədbirlərə başlayıb.

Güclü yağışlar ölkənin başqa yerlərində də əhaliyə və təsərrüfata böyük zərər vurub. Adana və Bingöldə yolları və tarlaları sel basıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.