DÜNYA


Güclü yağış İstanbulda sel və daşqına səbəb olub

İstanbul, 25 iyul, AZƏRTAC 

Güclü yağış İstanbulun bütün səmtlərində sel və daşqına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bir çox bölgələrdə yeraltı keçidləri və metro stansiyalarını su basıb. Avtomobillər su altında qalıb. Bəzi yollarda insanlar köməksiz vəziyyətə düşüb.

Üç gündür yağan yağış qısa müddətdə ictimai nəqliyyata və şəhər təsərrüfatının idarə olunmasına ciddi əngəllər yaradıb. Metronun hərəkətində fasilələr meydana gəlib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.